İsrailin müdafiə naziri İranın nüvə obyektlərinə hücumları istisna etməyib

23:53 - 6 Oktyabr 2024 - DÜNYA

"Bütün variantlar masadadır. Biz İsrailin yaxın və uzaq məsafədən hədəfləri vurma qabiliyyətinə malik olduğunu sübut etdik. İranın hücumuna buna uyğun cavab verəcəyik".

Ucnoqta.az xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qalant CNN telekanalı ilə söhbətində İranın nüvə infrastruktur obyektlərinə zərbə endirmə ehtimalını istisna etməyib.

CNN-in qeyd etdiyi kimi, ABŞ İranın nüvə infrastrukturuna hücumlara qarşı olduğunu açıq şəkildə bəyan edib.
Galant qeyd edib ki, İsrail Vaşinqtonla koordinasiya edir, lakin İranın hücumuna necə cavab veriləcəyi ilə bağlı qərarları müstəqil qəbul edəcək.

Müdafiə naziri həmçinin iddia edir ki, İsrailin Livanın şiə Hizbullah hərəkatına qarşı quru əməliyyatı məhdud olaraq qalır.
Onun sözlərinə görə, İDF indi "komanda və nəzarətdən məhrum olan" şiə hərəkatının "gücünün böyük hissəsini məhv etməyə" nail olub.

Xəbər xətti