Sentyabrda İordan çayının qərb sahilində 43 fələstinli ölüb, 345 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
Məlumata görə, eyni müddət ərzində 4 israilli həlak olub, daha 5 nəfər yaralanıb.
2023-cü ilin yanvarından indiyədək bölgədə ölən fələstinlilərin ümumi sayı 895-ə çatıb, onlardan 201-i uşaqdır.
Yaralıların sayı 15,3 min nəfəri ötüb.
UNOCHA qeyd edib ki, İsrail qüvvələri sentyabr ayında Fələstinin 236 strukturunu dağıdıb, 800-dən çox insan evsiz qalıb.