Çexiyada məhkəmə işçilərinin tətili başlayıb

15:12 - 7 Oktyabr 2024 - DÜNYA

Çexiyada hakimiyyətdən maaşların artırılmasını tələb edən məhkəmələrin inzibati işçilərinin üç günlük tətili başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi məlumat yayıb.

Tətillə əlaqədar olaraq, agentliyin məlumatına görə, məhkəmələr baxılmamış xeyli sayda iş üzrə dinləmələri təxirə salmağa məcbur olublar.

İnzibati işçilər bir çox hallarda əmək vəzifələrini, o cümlədən vətəndaşların müraciətləri ilə bağlı vəzifələri yerinə yetirməkdən çəkinirlər.

Tətil ədliyyə işçilərinin həmkarlar ittifaqının təşəbbüsü ilə keçirilib.

Xəbər xətti