Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub

23:18 - 27 İyun 2024 - HADİSƏ

Sumqayıt şəhəri, "stansiya Sumqayıt" adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın zamanı xəsarət alan olmasa da çoxsayda tüstüdən zəhərlənənlər olduğu bildirilir.

Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub. Əraziyə həmçinin polis əməkdaşları da cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.

Fakt araşdırılır

Xəbər xətti