Daşkəsəndə dağ uçqunu olub

19:34 - 29 İyun 2024 - ÖLKƏ İÇİ

Daşkəsəndə dağ uçqunu baş verib.

APA-nın məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun 17-ci km-də, rayonun Bayan kəndi yaxınlığında qeydə alınıb.

Güclü yağışdan sonra dağ uçqunu zamanı yolun hərəkət hissəsinə qayalar və torpaq axıb. Nəticədə, magistral yol qismən bağlanıb.

Dərhal əraziyə Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunub. Qısa zamanda yol açılıb.

Qeyd edək ki, dağ uçqunu iki dəfə baş verib.

Xəbər xətti