Tesla zavodunun yaxınlığında bomba tapılıb

19:50 - 27 İyun 2024 - DÜNYA

İkinci Dünya Müharibəsi zamanı atılan partlamamış 250 kq-lıq aviabombası Berlin yaxınlığındakı Tesla fabriki yaxınlığında tapılıb.

Ucnoqta.az xəbər verir ki, RBB telekanalının yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, o, şənbə günü idarə olunan partlayışla məhv ediləcək. Bomba tikinti işləri zamanı tapılıb və onu daşımaq mümkün deyil və ilkin məlumatlara görə, yerində partladılacaq.

Təxliyənin dəqiq radiusu hələ müəyyən edilməyib. Şəhərətrafı iki yolda avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanacaq. İstehkamçıların işinin dəmir yolu hərəkətinə təsir etməyəcəyi gözlənilir. Zavodun özündə istehsalın dayandırılmalı olacağı barədə hələlik məlumat yoxdur.

DPA agentliyi yazır ki, aşkarlanan bomba Britaniyada hazırlanıb. 

Xəbər xətti