Qəzzada həlak olanların sayı açıqlanıb

16:00 - 27 İyun 2024 - DÜNYA

2023-cü ilin oktyabrından indiyədək İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 37,8 min fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən ilin oktyabr ayından bu vaxta qədər İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 37 765 nəfərə yüksəlib, daha 86 429 nəfər yaralanıb. Qeyd olunur ki, son 24 saat ərzində 47 fələstinli ölüb, 52 nəfər yaralanıb.

Xəbər xətti