Hindistanda 5 nəfəri ildırım vurub öldürdü

13:08 - 27 İyun 2024 - DÜNYA

Hindistanın şərqindəki Odişa ştatında ildırım vurması nəticəsində azı 5 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Pioneer” qəzeti ştat hökumətinin baş naziri Mohan Çaran Manchiyə istinadən məlumat yayıb.

Sakinlər ştatın bir sıra ərazilərinə 110 mm yağıntının yağdığı uzun sürən tufan zamanı ölüb. 

Rəsmi məlumatlara görə, Hindistanda hər il minə qədər insan ildırım vurması nəticəsində ölür.

Xəbər xətti