Su kanalından qadın meyiti tapılıb, araşdırma aparılır

12:47 - 27 İyun 2024 - Xəbər

Tərtər şəhəri ərazisindən keçən su kanalında iyunun 26-da saat 17 radələrində Ağdərə rayonu, Şıxarx qəsəbə sakini 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkar olunması faktı ilə bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq", - məlumatda qeyd olunub.

Xəbər xətti