Fransada helikopter qəzaya uğrayıb

10:20 - 27 İyun 2024 - DÜNYA

Fransanın cənub-şərqindəki Sen-Rafael kommunası (Var departamenti) yaxınlığında kiçik helikopter qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. Helikopterdə olan iki nəfır həlak olub. 

Məlumata görə, helikopter meşəyə düşüb. Fövqəladə hadisə yerinə yanğınsöndürmə və xilasetmə xidmətinin 30-a yaxın əməkdaşı göndərilib.

Hadisə ilə bağlı Hava Nəqliyyatı Jandarma İdarəsi araşdırmalara başlayıb. Qəzaya səbəb hava şəraiti olduğu ehtimal edilir. BFMTV xəbər verir ki, daha əvvəl departamentin ərazisində tufan xəbərdarlığı elan edilib.

Xəbər xətti