Tom Kruzun qızı aktyorun soyadından imtina edib

05:09 - 27 İyun 2024 - Xəbər

Aktyor Tom Kruz və aktrisa Keti Holmsun qızı Suri atasının soyadından imtina edib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Page Six məlumat yayıb.
İndi 18 yaşlı qız özünü Suri Noel kimi təqdim edir - o, soyadı kimi anasının atasının adını götürüb.
İnsayderin sözlərinə görə, Suri bunu paparassilərin diqqətindən yayınmaq və kollecdə sakitcə oxumaq üçün öz şəxsiyyəti uğrunda mübarizədə edib.

Qız əvvəllər təxəllüsdən istifadə etmişdi. Onun sənədlərdə soyadını dəyişib-dəyişdirmədiyi məlum deyil.

Xəbər xətti