Bakıda metronun yanında gənc oğlanı güllələdilər: Şübhəli şəxs saxlanıldı -FOTO

21:57 - 26 İyun 2024 - HADİSƏ

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

21:17

Bakıda metronun yanında gənc oğlan qətlə yetirilib

Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb. Bildirilir ki, Nəriman Nərimanov metrosunun yanında gənc oğlana ü güllə vuraraq hadisə yerindən qaçıblar. Gənc yerindəcə ölüb.

Xəbər xətti