Keçmiş məhkumdan külli miqdarda narkotik aşkarlanıb

15:47 - 26 İyun 2024 - ÖLKƏ İÇİ

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində təşkil edən, əvvəllər məhkum olunmuş Mirsadiq Abdullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, M.Abdullayevdən ümumilikdə 4 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 100 ədəd metadon həbi aşkarlanıb.

Araşdırma aparılır.

Xəbər xətti