Donnarummadan Avropa Çempionatları tarixində bir ilk

00:20 - 25 İyun 2024 - İDMAN

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü keçirilir.

Ucnoqta.az xəbər verir ki, oyun Leyptsiqdəki "Red Bull Arena"da start götürüb.

İtaliya millisinin qapıçısı 25 yaşlı Canluici Donnarumma 120 gündə Avropa Çempionatları tarixində 10 oyun keçirən ən gənc qapıçı olub.

Həmçinin İtaliya millisi son 26 ildə ilk dəfə olaraq dünya çempionatı və ya avrokubok matçına start heyətində “Yuventus”un oyunçuları olmadan çıxır. Sonuncu dəfə bu, 1998-ci ildə Kamerunla oyunda baş vermişdi - o zaman italyanlar böyük hesablı qələbə qazanmışdılar (3:0)

Xəbər xətti