Suriyada koalisiyaya məxsus "MQ-9 Reaper" pilotsuz uçuş aparatı və Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-35 təyyarəsi Homs əyalətinin Es-Suxne şəhəri üzərində az qala toqquşub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“İyunun 27-də saat 10:24-dən 10:29-dək Homs əyalətinin Es-Suxneh kəndi üzərində, 7-8 min metr yüksəklikdə Rusiya Aerokosmik Qüvvələrinin Su-35 təyyarəsi və “MQ-9 Reaper” pilotsuz uçuş aparatı arasında təhlükəli manevr baş verib”, - departamentdə qeyd edilib.
Onlar Rusiya qırıcısının planlı uçuş həyata keçirdiyini vurğulayıblar. Müdafiə Nazirliyi qeyd edib ki, toqquşmanın qarşısını almaq üçün pilot yüksək peşəkarlıq nümayiş etdirib, qəzanın qarşısını almaq üçün operativ tədbirlər görüb.