Gürcüstanın baş prokuroru istefa verib

11:16 - 23 May 2024 - DÜNYA

Gürcüstanın baş prokuroru İrakli Şotadze səhhəti ilə əlaqədar istefa vermək qərarına gəldiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun saytında məlumat yerləşdirilib.

Şotadze iki dəfə - 2015-2018-ci illərdə və 2020-ci ildən bu günə kimi Gürcüstan Prokurorluğuna rəhbərlik edib. “Prokurorluq haqqında” qanuna əsasən, baş prokuror Gürcüstan parlamenti tərəfindən 6 il müddətinə seçilir. Eyni şəxs iki dəfə dalbadal Baş prokuror seçilə bilməz.

Xəbər xətti