Hakerlər İndoneziyanın məlumat mərkəzini sındıraraq girov olaraq 8 milyon dollar tələb ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Star portalı yazıb. Qeyd olunur ki, kiberhücum iyunun 20-də baş verib, bundan sonra İndoneziyada 200-dən çox dövlət qurumunun işi dayandırılıb.
Ölkənin hakimiyyət orqanları hakerlərə 8 milyon dollar ödəmək niyyətində olmadıqlarını və özlərinin xidmətlərini bərpa etməyə çalışdıqlarını bildiriblər.///RiaNovosti