Təndirxanadan külli miqdarda narkotik vasitə aşkarlandı

11:34 - 25 İyun 2024 - ÖLKƏ İÇİ

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mehman Rzayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, onun üzərindən və yaşadığı evin həyətində yerləşən təndirxanadan 2 kiloqram marixuana aşkarlanıb.

Əlavə olaraq, saxlanılan şəxsin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 48 ədəd çətənə bitkisi də aşkarlanıb.

M.Rzayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Xəbər xətti