Assanjın olduğu təyyarə Banqkokda eniş edib

12:01 - 25 İyun 2024 - DÜNYA

WikiLeaks-in qurucusu Culian Assanjın olduğu təyyarə Banqkokda eniş edib.

Ucnoqta.az xəbər verir ki, enişlə bağlı video Associated Press (AP) tərəfindən YouTube-da yayımlanıb.

Bildirilir ki, VJT199 çarter reysi yerli vaxtla günorta Tailandın paytaxtının şimalında yerləşən Don Mueang beynəlxalq hava limanına enib. Aeroport rəsmiləri təyyarənin yanacaq doldurmaq üçün Banqkokda olduğunu bildiriblər.

Daha əvvəl Tailandın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı heç bir məlumata malik olmadığını bildirmişdi.///tass

Xəbər xətti