Polşa qırıcı təyyarəsi uçuş zamanı yanacaq çənini itirib

11:11 - 23 May 2024 - DÜNYA

Polşanın MiQ-29 qırıcısı təlim missiyası zamanı yanacaq çənini itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.

Komandanlıq əlavə edib ki, insident nəticəsində heç kim xəsarət almayıb və pilotlar müəyyən edilmiş prosedurlara uyğun hərəkətlər ediblər.

Komandanlığa əsasən, Dövlət Aviasiya Qəzalarının Təhqiqat Komissiyası hadisənin səbəblərini öyrənəcək.

Xəbər xətti