Bakıda daş sexindən pul oğurlanıb

10:39 - 3 May 2024 - HADİSƏ

Aprelin 29-na keçən gecə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən daş sexlərinin birindən 10000 manat dəyərində daş kəsən mişarların oğurlanması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Nəsimi Quliyev, Mehman Quliyev, Orxan Əzizov və Ramin İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti