"Mançester Yunayted"in braziliyalı hücumçusu Entoni matçlar zamanı onun şəkillərini çəkən şəxsi fotoqrafı işə götürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Sun yazıb.
Qeyd olunur ki, fotoqrafın işinin məqsədi futbolçuya sosial şəbəkələr, eləcə də reklamçılar üçün eksklüziv fotoşəkillər təqdim etməkdir. Entoninin müxbirə nə qədər pul ödədiyi barədə məlumat verilmir.
Aprelin 27-də İngiltərə Premyer Liqasının (APL) 35-ci turunun “Bernli” ilə oyununda (1:1) hesabı açan Antoni oyuncaq Soniclə qolu qeyd edib. Oyuncağı ona şəxsi fotoqraf verdiyi və bütün matçlara özü ilə apardığı bildirilir.
Entoni 2022-ci ildə "Ayaks"dan 95 milyon avroya "Mançester Yunayted"ə keçib. İndi Transfermarkt portalı onun dəyərini 28 milyon dəyərində qiymətləndirir.