4 aylıq körpə binanın 4-cü mərtəbəsindən düşərək ölüb - VİDEO (YENİLƏNİB)

16:11 - 26 Aprel 2024 - HADİSƏ

Bakıda ölən körpə anasının qucağından düşübmüş.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu gün saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağı (09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb. Nəticədə o ölüb. 

Körpənin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

13:41

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.

9 mərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.

Fakt araşdırılır.///apa

Xəbər xətti