Yakutiyada sərnişin təyyarəsi eniş edərkən iki şassisi partlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.
Hadisə aprelin 23-də axşam saatlarında Olekminsk hava limanında baş verib. Məlumata görə, insident zamanı təyyarədə 25 nəfər olub. "İrAero" aviaşirkətinin An-24 təyyarəsi Yakutsk - Olekminsk reysi ilə uçan təyyarənin eniş zamanı hər iki şassinin iki xarici təkəri birdən partlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, pilotlar təyyarəni təhlükəsiz şəkildə dayandıra biliblər. Araşdırma aparılır.