Rusiyada təyyarə eniş edərkən təkərləri partlayıb

08:37 - 24 Aprel 2024 - HADİSƏ

Yakutiyada sərnişin təyyarəsi eniş edərkən iki şassisi partlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb. 

Hadisə aprelin 23-də axşam saatlarında Olekminsk hava limanında baş verib. Məlumata görə, insident zamanı təyyarədə 25 nəfər olub. "İrAero" aviaşirkətinin An-24 təyyarəsi Yakutsk - Olekminsk reysi ilə uçan təyyarənin eniş zamanı hər iki şassinin iki xarici təkəri birdən partlayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, pilotlar təyyarəni təhlükəsiz şəkildə dayandıra biliblər. Araşdırma aparılır.

Xəbər xətti