Daha bir Vətən müharibəsi iştirakçısı intihar edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevirdə Koroğlu küçəsi 23 ünvanında baş verib. Belə ki, 1997-ci il təvəllüdlü 44 günlük Vətən müharibəsi iştirakçısı Hacıyev Mircalal Hidayət oğlu yaşadığı evdə özünü asaraq öldürüb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.