Bakıda qadın bank kartından 4 min manata yaxın pul oğurladı

14:36 - 10 Aprel 2024 - HADİSƏ

Aprelin 6-da paytaxt sakini olan qadının bank kartından 335 manatının oğurlanması barədə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən A.Hüseynova qısa müddətdə müəyyən olunaraq saxlanılıb.

Onun daha bir nəfərin bank kartından 3853 manat vəsait oğurlaması da məlum olub.

Araşdırma aparılır.

Xəbər xətti