Nyu-York ştatının qubernatoru Keti Hochul qonşu Nyu Cersidə baş verən 4,8 bal gücündə zəlzələni son əsrin ən böyük zəlzələsi adlandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, brifinq zamanı deyib.
"Bir əsrdə Şərq Sahilində baş verən ən böyük zəlzələ" - qubernator vurğulayıb.
Bununla belə, o qeyd edib ki, səlahiyyətlilər hələ "insanların həyatını təhlükə altına alan" vəziyyətləri müəyyən etməyiblər.