Cənubi Afrikada 24 yaşlı futbolçu öldürülüb

18:46 - 4 Aprel 2024 - HADİSƏ

 Cənubi Afrika Respublikasının “Kaizer Chiefs” klubunun futbolçusu Luk Flers yanacaqdoldurma məntəqəsində öldürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti polisə istinadən məlumat yayıb.

Qeyd olunur ki, şübhəlilər odlu silahı 24 yaşlı futbolçuya tuşlayaraq onu maşından çıxarıblar, daha sonra isə bədəninin yuxarı nahiyəsinə atəş açıblar.

Futbolçunun ölümünü "Kaizer Chiefs"in mətbuat xidməti təsdiqləyib. 

Flers keçən ilin oktyabr ayından "Kaizer Chiefs"də oynayır. Əvvəllər müdafiəçi SuperSport United və Ubuntu Keyptaun klublarında çıxış edib. Cənubi Afrika Olimpiya komandasında oynayıb.

Xəbər xətti