Türkiyənin Qars şəhərində iki erməniəsilli şəxsin ayaqqabılarında qaçaqmalçılıq yolu ilə keçirilən qızıl külçələr tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, çəkisi 1 kiloqramdan artıq olan qızıl külçələrin dəyəri təqribən 3,5 milyon türk lirəsi (109 min dollara yaxın) olaraq dəyərləndirilib.
Sözügedən şəxslər barəsində qaçaqmalçılıqla bağlı cinayət işi açılıb.