Uçuş zamanı stüardessanın halı pisləşdi - təyyarə geri qayıtdı

13:42 - 3 Aprel 2024 - HADİSƏ

Sankt-Peterburqdan Pulkovaya uçan təyyarənin stüardessası huşunu itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Life Shot Telegram kanalına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Krasnoyarska uçan Boeing-738 aprelin 2-də axşam saatlarında Pulkovodan havaya qalxıb. Təyyarədə 162 sərnişin və 5 ekipaj üzvü olub. Uçuşa təxminən bir saat qalmış baş stüardessa huşunu itirib.

Pilot Sankt-Peterburqa qayıtmaq qərarına gəlib. O, Arxangelsk vilayətinin Velsk şəhəri yaxınlığında dönüb geri qayıdıb. Stüardessa artıq Pulkovoda həkimlər tərəfindən müayinə olunub.

Qız xəstəxanaya yerləşdirilib.

Geri qayıdan təyyarədə olan sərnişinlər növbəti reyslə Krasnoyarska yola salınıb.

Xəbər xətti