Məşhur teleaparıcının qızı atdan yıxılıb - FOTO

12:07 - 3 Aprel 2024 - HADİSƏ

Rusiyalı teleaparıcı Viktoriya Boninin qızı atından yıxılıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

“Qızım atından yıxıldı. Hər dəfə fikirləşəndə... Başa düşürəm ki, bu, çox gözlənilməz idman növüdür, amma o, tullanmağı çox sevir”, – məşhur paylaşım edib.

Model qeyd edib ki, keçmiş sevgilisi Aleks Smurfit bu yaxınlarda qızlarına arzuladığı atı alıb. 

Teleaparıcı Monakoda tanış olduğu irlandiyalı milyonçu Maykl Smurfitin oğlu ilə yeddi il münasibətdə olub. Teleaparıcı qeyd edib ki, uşaq naminə ayrıldıqdan sonra Smurfitlə dostluq münasibətləri saxlayıb, buna görə də vaxtaşırı keçmiş sevgilisi ilə görüşür.


Xəbər xətti