Bakının Sabunçu rayonunda intihar etmək istəyən şəxsi yaxınları xəstəxanaya çatdırıb.
APA xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Cəbrayılov Rais Gülməmməd oğlu yaşadığı evdə özünü asıb.
Yaxınları onu azad edərək xəstəxanaya çatdırıb.
Həkimlərin verdiyi məlumata görə, R.Cəbrayılovun vəziyyəti kritikdir. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktı Sabunçu Rayon Prokurorluğu araşdırır.