1 yaşlı övladına siqaret çəkdirən ata SAXLANILDI - FOTO

11:31 - 2 Aprel 2024 - HADİSƏ

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb. 

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov "Qafqazinfo"ya bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd  hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

 

Xəbər xətti