Bərdədə ev yanıb, ölən var - FOTO

13:37 - 1 Aprel 2024 - HADİSƏ

 

Bərdədə fərdi yaşayış evində yanğın olub.

APA xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Elmir Əsgər oğlu Mirzəyevə məxsus ikimərtəbəli, səkkizotaqlı fərdi yaşayış evində yanğın baş verib.

Əraziyə dərhal FHN-in Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.

Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib.

2009-cu il təvəllüdlü Rafael Rauf oğlu Həsənzadə Bərdə xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti