Gəncədə türkiyəli tələbə başından bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, ona xəsarət yetirən isə həmyerlisi olub.
Hadisə Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında baş verib.
Yataqxanada qalan Türkiyə vətəndaşı Bayer Kaan Ərmağan oğlu aralarında yaranmış şəxsi mübahisə zamanı 22 yaşlı həmyerlisi Ağır Hüseyn Harun oğlunun başına bıçaq ilə vurub.
Xəsarət alan tələbə xəstəxanaya yerləşdirilib və ona yardım edilib.
Faktla bağlı araşdırma aparılır.