Kambocada qatarla avtobus toqquşub - 45 yaralı

15:47 - 29 Mart 2024 - DÜNYA

Kambocanın qərbindəki Pousat əyalətində qatarla avtobusun toqquşması nəticəsində azı 45 nəfər xəstəxanaya çatdırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, azı beş zərərçəkənin vəziyyəti ağırdır.

Hadisə yerinə gələn polis hadisənin başvermə şəraitini aydınlaşdırmaq üçün avtobus sürücüsünü dindirməyə başlayıb.

Xəbər xətti