Cənubi Afrikada avtobus körpüdən aşıb - 45 nəfər ölüb, 1 nəfər sağ qalıb

12:57 - 29 Mart 2024 - DÜNYA

Cənubi Afrikanın şimalında körpüdən düşən avtobusda olan 46 nəfərdən yeganə sağ qalan səkkiz yaşlı qız olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə SABC radiosu məlumat yayıb.

Radiostansiya qeyd edir ki, qız xəstəxanaya çatdırılıb, vəziyyəti ağır kimi qiymətləndirilir. Qalan 45 nəfər avtobusun körpüdən yıxılaraq 50 metr hündürlükdən dərəyə düşməsi nəticəsində həlak olub. Zərbənin təsirindən avtomobil yanıb.

Avtobus qonşu Botsvanadan Cənubi Afrikanın Moria şəhərində Pasxa xidmətlərinə gedən zəvvarları daşıyırdı. Qəza Limpopo əyalətində dağlıq ərazidə baş verib. Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Botsvana və həlak olanların ailələrinə başsağlığı verib.

Xəbər xətti