Şahmar Hüseynov yeni vəzifəyə təyin olundu

20:00 - 28 Mart 2024 - Xəbər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub.

Ucnoqta.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək.

Belə ki, Ş.Hüseynov müvafiq əmrlə SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri təyin edilib.

Qeyd ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından  “Azneft”ə rəhbərlik edirdi. ///qafqazinfo

Xəbər xətti