Baltimorda iki işçinin cəsədi tapılıb

12:39 - 28 Mart 2024 - DÜNYA

Baltimorda dalğıclar uçma zamanı körpünün üzərində olan iki işçinin cəsədini tapıblar

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN yazıb.

Nəşr yazır ki, ölənlər Meksika və Qvatemala vətəndaşlarıdır. Hazırda axtarış əməliyyatı dayandırılıb və körpünün dağıntıları təmizləndikdən sonra daha 4 nəfərin axtarışları davam etdiriləcək.

Xatırladaq ki, Merilend ştatının Baltimor şəhərində konteyner gəmisinin üzərinə çırpılması nəticəsində bütöv bir körpü uçub.

Xəbər xətti