Krokusda tüstü çıxarma sistemi düzgün işləyib - Emin

12:23 - 28 Mart 2024 - Xəbər

“Krokus Siti Holl”un konsert zalında tüstüdən təmizləmə sistemi normal işləyirdi

Ucnoqta.az xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalının efirində “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu, biznesmen və musiqiçi Emin Ağalarov bildirib.

"Zalda tüstünün təmizlənməsi aydın şəkildə aparılıb. Kadrlarda görürük ki, yanğın baş verəndə zalda duman yox idi, yəni görmə qabiliyyəti qorunub. Bizim damda nəhəng bölməmiz var" - Emin qeyd edib.

Xəbər xətti