Rusiya Ukraynada 7 minə yaxın tankını itirib

10:59 - 28 Mart 2024 - DÜNYA

Son sutkada Rusiya ordusunun Ukraynada daha 780 hərbçisi həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  

Bununla da, Rusiya ordusunun Ukraynada canlı qüvvə itkilərinin sayı 439970 nəfərə çatıb.

Həmçinin, Rusiya ordusunun 10 tank (6914), 21 zirehli texnika (13237), 32 artilleriya sistemi (10963), 2 MLRS və 1 hava hücumundan müdafiə, 22 PUA (8600), 2 qanadlı raket, 56 maşın, 6 ədəd xüsusi texnikası məhv edilib.

Xəbər xətti