Emin Əmrullayevdən yeni TƏYİNAT - FOTO

14:44 - 27 Mart 2024 - Xəbər

Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Ətrabə Gül Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

Universitetdən Ucnoqta.az-a verilən xəbərə görə, BMU-nun rektoru Yaqub Priyev yeni prorektoru kollektivə təqdim edib.

Qeyd edək ki, Ətrabə Gül 2017-ci ildən BMU-da çalışır. 2019-cu ilədək BMU Dillər Məktəbinin direktoru olub. Yeni vəzifəyədək Xarici dillər kafedrasında dosent, kafedra müdiri vəzifələrində çalışıb.

Xəbər xətti