Madaqaskarda güclü qasırğa başlayıb - küləyin sürəti 55 m/s ...

11:51 - 27 Mart 2024 - DÜNYA

Qamane tropik siklonu Madaqaskarı vurub, küləyin sürəti 55 m/s-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, Meteoroloji xidmətin Meteo Madaqasikara məlumatına görə, güclü yağışlar və qasırğa xarakterli küləklər ölkənin şimal-şərq rayonlarına təsir edib.

Diana və Sava rayonlarında qırmızı, Analanzirufu və Ambatusua rayonlarında isə sarı həyəcan səviyyəsi elan edilib. Səlahiyyətlilər daşqın və sürüşmə təhlükəsi barədə xəbərdarlıq edib.

Siklonun "qırmızı ada"nın şərq sahilləri ilə Vohemar şəhərinə doğru genişlənəcəyi gözlənilir.

Xəbər xətti