İlham Əliyev bir qrup zabitə general rütbəsi verdi

08:47 - 27 Mart 2024 - Xəbər

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Prezident İlham Əliyev bu münasibətlə Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin bir qrup zabitini xüsusi ali rütbə, orden və medallarla təltif edib.

Xüsusi ali rütbə alanlar arasında 44 Günlük Vətən Müharibəsində iştirak edən şəxslərin də olduğu bildirilir.

Məlumata görə, Prezidentin sərəncamı bu gün rəsmi mediada dərc ediləcək.

Xəbər xətti