Şəmkirdə bir ailənin 3 üzvünü bıçaqlayan şəxs TUTULDU

09:53 - 22 Mart 2024 - HADİSƏ

Şəmkirdə bir ailənin üç üzvünü bıçaqlayan şəxs tutulub.

Ucnoqta.az xəbər verir ki,Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, hadisəni törədən 1991-ci il təvəllüdlü Sahib Heydərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti