Kuleba mart ayında Hindistana səfər etmək niyyətindədir

09:05 - 19 Mart 2024 - DÜNYA

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yaxın vaxtlarda Hindistana səfər etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın “The Hindu” nəşri diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Qarşıdan gələn səfər Ukraynanın yüksək vəzifəli rəsmisinin 2022-ci ilin fevralından bəri Hindistana ilk səfəri olacaq. Hindistanın baş naziri Narendra Modi ötən il Xirosimada keçirilən G7 sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Qəzetin yazdığına görə, Ukrayna Xarici İşlər Nazirliyi rəhbərinin mart ayında gözlənilən səfəri barədə məlumatlar Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakla Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Kumar Doval arasında telefon danışıqlarından sonra ortaya çıxıb.

Xəbər xətti