Yaponiya Mərkəzi Bankı son 17 ildə ilk dəfə faiz dərəcəsini artırdı

08:39 - 19 Mart 2024 - İQTİSADİYYAT

Yaponiya Mərkəzi Bankı özünün son dərəcə yumşaq pul siyasətini yenidən nəzərdən keçirib və son illərdə faktiki olaraq mənfi səviyyədə müəyyən edilmiş uçot dərəcəsini qaldırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə tənzimləyicinin iki günlük iclasının yekunu üzrə qərarında deyilir.

Qısamüddətli faiz dərəcəsi əvvəllər olduğu kimi mənfi 0,1% əvəzinə 0-0,1% səviyyəsində müəyyən edilib. Bu, son 17 ildə ilk artımdır. Yaponiya Bankı da aşağı uzunmüddətli faiz dərəcələrini saxlamaq üçün əməliyyatları ləğv etmək qərarına gəlib.

Xəbər xətti