Bakıda məşhur marketin anbarında yanğın olub - VİDEO

05:47 - 19 Mart 2024 - HADİSƏ

Bakının Sabunçu rayonunda yerləşən marketin anbarında yanğın olub.

Ucnoqta.az xəbər verir ki, hadisə “Zabrat 1” qəsəbəsində “Ayxan” marketdə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 6 texnikası cəlb edilib. Alovun qarşısı alınıb.

Obyektin qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın səbəbindən ətraf ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.

///apa

Xəbər xətti