Xankəndidə xeyli silah-sursat aşkarlanıb

10:10 - 18 Mart 2024 - HADİSƏ

Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 16-da və 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tüfəng, 8 qumbara, 6 alışdırıcı, 30 patron darağı, 1555 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

 

Xəbər xətti